Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə nüvə silahlarının döyüş vəziyyətinə hazırlıqlı vəziyyətə gətirilməsi əmri verdi.
Voice press.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə Rus ordusunun çəkindirici qüvvələrinin xüsusi savaş rejiminə keçməsi əmri verdi. Putin: “Mən iqtisadi sahədə qeyri-qanuni sanksiyaları nəzərdə tuturam. NATO ölkələrinin yüksək vəzifəli şəxsləri də ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər. Ona görə də mən Baş Qərargah rəisinə və müdafiə nazirinə Rusiya ordusunun çəkindirici qüvvələrini xüsusi döyüş tapşırığına cəlb etməyi əmr edirəm” deyib.








