Koronavirus pandemiyasına rəğmən qondarma Abxaziya respublikasında “prezident seçkisinə” start verilib.
VOİCEPRESS xəbər verir ki, qondarma respublikada 152 seçki məntəqəsi açılıb, onların fəaliyyətinin 20:00-a qədər davam edəcəyi vurğulanıb. Seçkinin nəticələrinin 3 gün sonra açıqlanacağı bildirilib.
Qondarma respublikada keçirilən seçkidə əsas namizədlərin DİN-in keçmiş rəhbəri Leonid Dzapşba, keçmiş iqtisadiyyat naziri Adqur Ardzinba və müxalifətin lideri Aslan Bjaniya olduğu vurğulanıb.








