Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri, millət vəkili Zahid Oruc sosial məsuliyyət və vətəndaşlıq borcuna əməl edərək maaşının bir qismini fonda ianə edib.
Bu barədə STM-dən məlumat verilib.
“Ümid edirik ki, ən qısa zamanda koronavirus bəlası sona çatar! İndi həmrəyliyə hər zamankından daha çox ehtiyacımız var”, – məlumatda qeyd olunub.








