Gürcüstanda mikroavtobus qəzaya uğrayıb, 5 nəfər ölüb

25 Fevral, 16:51

Gürcüstanın İmereti regionunun Samtredia şəhərində mikroavtobus yük maşını ilə toqquşub. 

VOICEPRESS-in yerli bürosu xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan 5 sərnişinin hamısı həlak olub. Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib.