Aİ-Britaniya əməkdaşlığına dair danışıqlar martın əvvəlində başlayacaq

25 Fevral, 17:41

“Brexit”dən sonra Avropa İttifaqı (Aİ) və Böyük Britaniya arasında əməkdaşlığa dair danışıqlar mart ayının əvvəlində başlayacaq.

VOICEPRESS-in xəbərinə görə, bu barədə Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter”də bildirib.

Onun sözlərinə görə, danışıqlara başlamaq üçün mandat təsdiqlənib.

Ursula von der Leyen qeyd edib ki, danışıqlar martın 2-də başlayacaq.

“Tərəflər iddialı əməkdaşlığa hazırdır”, – deyə Avropa İttifaqı Komissiyasının Prezidenti vurğulayıb.