Almaniya zooparkında heyvanlar diri-diri yandı

1 Yanvar, 18:48

Yeni il ərəfəsində Almaniyanın Krefeld şəhərinin zooparkında yanğın baş verib.

“Bild” nəşri məlumat verir ki, qəfəslərdə saxlanılan bütün heyvanlar ölüb. Ölən heyvanların sayı 30 -a bərabərdir. Polisin məlumatına görə, yanğına hava fənərinin şamı səbəb olub.