Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli qeyri-mümkündür.
Milli.Az xəbər verir ki, VOİCEPRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland mətbuat-konfransında deyib
Milli.Az xəbər verir ki, VOİCEPRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland mətbuat-konfransında deyib
“Biz bu gün Prezident İlham Əliyevlə uzun müzakirələr apardıq, eləcə də XİN rəhbəri Elmar Məmmədyarovla görüşdük və münaqişəni müzakirə etdik”, – Riçard Hoqland bildirib.
Həmsədrin sözlərinə görə, danışıqlar prosesinin vacibliyi xüsusilə qeyd edilib: “2016-cı ilin aprel hadisələrinin birinci ildönümü danışıqlar masasında qeyd olunmalıdır. Münaqişənin heç bir halda hərbi yolla həlli ola bilməz. Biz bu mesajı Yerevanda da verəcəyik”.
VOİCEPRESS.AZ







