Bayram ərəfəsində bazarlar od tutub yanır

11 Mart, 15:45

Son günlərdə bazarlarda, super marketlərdə sürətlə bahalaşmanın şahidi oluruq. VOİCEPRESS-in əməkdaşı bayram ərəfəsini nəzərə alaraq Bakıdakı bir neçə bazara baş çəkib, qiymətlərlə maraqlanıb. Öyrəndiklərimizdən onu deyə bilərik ki, bazarlarda qiymətlər əl yandırır.

Satıcıların üzündə sevinc olsa da, alıcıların üzündən qiymətlərdən nə qədər narahat olduqları hiss olunurdu. Orta əmək haqqı və pensiyaçıların bundan başqa gəlir yeri olmadığını nəzərə alsaq bu narahatlıq təbiidir. Axı 120-150 AZN pensiya alan yaşlı 12-13 AZN-ə əti, 18-20 AZN-ə çərəzləri necə alsın?

Baş çəkdiyimiz “Nəsimi bazarı”, “8-ci kilometr bazarı” bəzi məhsulların orta qiymətlərini sizlərə təqdim edirik:

qoz ləpəsi – 18-20 manat
fındıq – 7-8 manat
şabalıd – 8-9 manat
qaysı – 8-9 manat
ağ kişmiş – 7-8 manat
qoz – 8-9 manat
qara kişmiş – 12-15 manat
kələm – 1-2 manat
pomidor – 3-4 manat
soğan – 80 qəpik
kök – 1 manat
kartof – 1- 2 manat
alma – 2- 6 manat
portağal – 2-6 manat
armud – 5-8 manat
ananas – 7 manat
xiyar – 4-5 manat
banan – 2 manat 50 qəpik – 4 manat
nar – 5 manat
düyü – 2- 5 manat
mərci 3.30-4 manat
mal əti – 11-13 manat
qoyun əti – 12-14 manat
göyərti – 3-5 dəstəsi 1 manat.

VOİCEPRESS-in Kürdəmir rayonunda ezamiyyətdə olan müxbiri regionlarda da onsuz da baha olan ərzaq məhsullarının bayram ərəfəsində kəskin bahalaşmasını təsdiq edib. Müxbir bildirir ki, 2 gün öncə 6 AZN-ə satılan balıq bu gün 10 AZN-dən müştərilərə təklif olunur. Başqa məhsularda eyni ilə çox bahalaşıb. Hər kəs bayram bazarlığı edib, ailəsini, uşaqlarını sevindirmək istəsə də qiymətlərin bahalığından ərzaqlara baxıb keçmək məcburiyyətində qalırlar.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here