Bloger Mehman Hüseynovun məhkəməsi başlayıb.
Bu barədə M.Hüseynovun yaxınları ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə müraciət edib və onun itməsi barədə polisi məlumatlandırıb.
Dünəndən itkin düşən Mehman Hüseynov tapılıb. VOİCEPRESS-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsindədir.
Vəkil bildirib ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi – polisin qanuni əmrinə tabe olmamağa görə saxlanılıb.
Bloger Mehman Hüseynova məhkəmə qərarı ilə nə qədər cəza veriləcəyi məlum olub. M.Hüseynovun vəkili Elçin Sadıqovun VOİCEPRESS-ə verdiyi məlumata görə, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi – polisin qanuni əmrinə tabe olmamağa görə saxlanılıb. “Bu maddə ilə ittiham olunan şəxsə maksimum 30 sutka cəza verilir”, – E.Sadiqov bildirib. Məhkəmə prosesi hələ başlamayıb.
VOİCEPRESS.AZ







