Növbəti 5 ildə ölkələr arasında və ölkələr daxilində münaqişələrin yaranması riski “soyuq müharibə” dövründən bu yana misli görünməmiş səviyyədə artacaq, terrorizm təhlükəsi yüksələcək, Rusiya və Çin Qərb ölkələrinə ABŞ-dan çox təsir etməyə çalışacaq.
VOİCEPRESS-in məlumatına görə, Rusiya KİV yazır ki, bu barədə ABŞ-ın Milli kəşfiyyat Şurasının analitiklərinin “Qlobal tendensiya: Proqresslərin paradoksu” adlı məruzəsində qeyd olunur.
Müəlliflər qeyd edir ki, İkinci dünya müharibəsindən sonra ağırlaşan dünyanın nizamı antiqlobalizm və millətçilik təsiri altında dağılır.
“Bu tendensiyalar bir nöqtədə misli görünməmiş sürətlə bir-birindən ayrılacaq, idarəetmə və əməkdaşlıq çətinləşəcək. Buna səbəb isə fundamental qlobal landşaftın və hakimiyyətin təbiətinin dəyişilməsidir”, – məqalədə qeyd olunur.
Kəşfiyyat analitikləri hesab edir ki, terrorizm təhlükəsi böyük qruplaşmalardan ayrı-ayrı insanlara keçəcək, yeni texnologiyalara əsaslanan silahlanma gedəcək.
“Qaranlıq və çətin yaxın gələcək. Regional problemlər dərinləşəcək, gəlir bərabərsizliyi artacaq. İqlim dəyişikliyi və zəif iqtisadi artım. Növbəti 5 ildə Rusiya və Çinin böyük aqressiyası gözlənilir”, – analitiklər hesab edir.
VOİCEPRESS.AZ