Mehman Hüseynovun məhkəməsi başladı

314388

Bloger Mehman Hüseynovun məhkəməsi başlayıb.

Gənc bloger Mehman Hüseynovun naməlum şəraitdə yoxa çıxması barədə xəbərlər bu gecə yayılıb. Dostlarının sözlərinə görə, o, yaxın bir dostu ilə görüşmək üçün evdən çıxıb, ancaq görüş yerinə çatmayıb. Bundan sonra onun telefonlarına da zəng çatmayıb.

Bu barədə M.Hüseynovun yaxınları ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə müraciət edib və onun itməsi barədə polisi məlumatlandırıb.

Dünəndən itkin düşən Mehman Hüseynov tapılıb. VOİCEPRESS-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsindədir.

Vəkil bildirib ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi – polisin qanuni əmrinə tabe olmamağa görə saxlanılıb.
Bloger Mehman Hüseynova məhkəmə qərarı ilə nə qədər cəza veriləcəyi məlum olub. M.Hüseynovun vəkili Elçin Sadıqovun VOİCEPRESS-ə verdiyi məlumata görə, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1 ci maddəsi – polisin qanuni əmrinə tabe olmamağa görə saxlanılıb. “Bu maddə ilə ittiham olunan şəxsə maksimum 30 sutka cəza verilir”, – E.Sadiqov bildirib. Məhkəmə prosesi hələ başlamayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here