Zati-aliləri cənab Rəhman Mustafayev,
Zati-aliləri cənab Selçuk Ünal!
Hörmətli xanımlar və cənablar.
Mənim adım Henri van Rensdir.
Təqaüddə olan müəllim, kitab müəllifi və azərbaycanlıların dostu kimi Xocalı faciəsi haqqında danışmağı özümə borc bilirəm.
Bu an mən Qarabağın tarixi və bu bölgədə baş verən hər bir hadisə, məsələn, birinci Qarabağ müharibəsi və ondan əvvəlki illərdəki münaqişələrdən bəhs edən kitabımı bitirirmək üzrəyəm.
Kitabımda, həm də, İkinci Qarabağ müharibəsi və ona qədərki illər ərzində Ermənistan tərəfinin Qarabağı və ətraf bölgələri dağıtması və orada baş verən zərərdən da bəhs edilir.
Bu gün mənim üçün də vacib bir gündür.
25 fevral 2024-cü il tarixində erməni işğalçılarının Xocalı şəhərinə vəhşicəsinə hücumundan 32 il ötür.
Xocalı Qətliamı kimi də adlandırdığımız Xocalı Soyqırımı 1992-ci il fevralın 25 və 26-da Xocalı şəhərində dinc azərbaycanlıların qətlə yetirildiyi gün kimi də tanınır.
İstər Azərbaycan tərəfi, istərsə də digər beynəlxalq təşkilatlar tərəfindən qətliamın erməni silahlı dəstələri, terrorçu-qatil dəstələrinin və Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törədildiyi bildirilir.
Xocalının işğalına görə bütün məsuliyyəti rus silahları və ordusu daşıyır. Rus ordusunun əmrləri və onların ordusunun Xocalı, Malıbəyli, Quşçular və Qaradağlının digər ərazilərinin işğalında iştirakı rəsmən təsdiqlənib.
Onu da qeyd edim ki, Dağlıq Qarabağ müharibəsi zamanı törədilən vəhşiliklərdən biri də Xocalı qətliamı olub. Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı zamanı Azərbaycan xalqı etnik təmizləmə qurbanı olub, nəticədə çoxsaylı insan tələfatı və böyük qaçqın axını baş verib.
Həmin faciəli gecədə 2500 ə yaxın Xocalı sakini buranı tərk etməyə cəhd etdi.
Şəhər xüsusi qəddarlıqla dağıdıldı sakinlər isə təqib edilərək qətlə yetirildilər.
Təcavüzkarların gözündə hər hansı sağlam düşüncə standartı artıq mövcud deyildi.
Yüzlərlə günahsız Xocalı sakininin vəhşicəsinə məhv edilməsi Azərbaycan Respublikasının Qarabağ bölgəsində və onun ətrafında baş vermiş silahlı qırğın zamanı ən ağır cinayətlərdən biri olmuşdur.
Silahlı erməni qoşunları və xarici hərbi birləşmələr faktiki olaraq heç kimə aman verməyib, Xocalıdan və ətraf ərazilərdən qaça bilməyənləri qətlə yetirdilər.
Xocalı ağır şəraitdə müdafiə olundu. Rus qoşunlarının dəstəyi ilə erməni quldur dəstələri Xocalını mühasirəyə aldılar. Onlar dinc sakinlər üçün açıq dəhliz qoysalarda, sonradan bunun tələ olduğu üzə çıxdı. Hətta o dəhlizdən qaçan günahsız insanlar belə qırğınların qurbanı oldular.
1992-ci il fevralın 25-də və 26-da ermənilər Xocalının bütün əhalisini qətlə yetirib, şəhəri yerlə-yeksan ediblər. Bir sıra ölkələr Xocalı qətliamının “ermənilər və onların əlaltıları tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırım”ın tərkib hissəsi kimi tanınmasına çağırıblar.
Xocalıda törədilən faktların qısa icmalı.
Nəticədə, o cümlədən 613 nəfər qətlə yetirilib
106 qadın,
63 uşaq,
70 yaşlı,
1275 sakin girov götürülüb, onların taleyi indiyə qədər məlum deyil.
Bu günə qədər 155 nəfərin taleyi məlum deyil,
O cümlədən 487 Xocalı sakini ağır şikəst edilib
76 uşaq,
8 ailə tamamilə qətlə yetirilib,
26 uşaq hər iki valideynlərini,
130 uşaq valideynlərindən birini itirib.
Qəddar düşmən, Xocalı sakinlərini diri-diri yandıraraq, onların başlarının dərisini soyub və ya başlarını kəsərək, gözlərini çay qaşığı ilə çıxarıblar, hamilə qadınların qarınlarına süngü ilə deşiblər, 56 nəfəri xüsusi amansızlıqla qətlə yetiriblər.
Xocalıdan və ətraf kənd və şəhərlərdən 1500 qadın girov götürülüb. Onların əksəriyyəti sərbəst buraxılıb. 450 qadın girov olaraq qaldı. Qeyri-rəsmi olaraq 2020-ci ildə 286 qadının sağ olduğu bildirilirdi. Lakin bu gün bu qadınlar haqqında məlumat yoxdur. Ermənistan və Rusiya ordusunun bölmələri tərəfindən girov götürülmüş 70 nəfər gənc azərbaycanlı qız və qadının taleyi ilə bağlı məlumat verməkdə qərarlıdır ki, onların da 70-i yeniyetmədir.
Ermənistan rəsmiləri münaqişə zamanı, o cümlədən Xocalı əhalisinə qarşı törədilmiş cinayətlərə görə öz məsuliyyətlərini inkar edir, faktları saxtalaşdıraraq, təkcə reallıqdan deyil, məntiqdən kənar şərhlərlə bölüşürlər.
Hərdən Azərbaycanda olarkən özümü təcrid etmək və erməni təcavüzü, qətllər, işgəncələr və ermənilərin işğalı zamanı Xocalıda baş verənləri mənə danışan küləyin səsini beynimdə dinləmək üçün bir yerdə oturmağı özümə vacib bilirəm.
Düşünürəm ki, diqqətlə qulaq assaq, dəhşətli şəraitdə düşmən tərəfindən qətlə yetirilən Xocalılarının və digər kənd və şəhərlərin əhalisinin ağladıq səsini eşidə bilərsiniz. Təkcə şəhər və kəndlərdə ölən və itkin düşən sakinlər deyil, həm də fiziki və ruhən yaralananlar və onların ailələri bu dəhşətli hadisədən hələ də iztirab çəkirlər.
Məni narahat edən odur ki, Hollandiya hökuməti ermənilərin və onların mütəşəkkil olmayan quldur dəstələrinin törətdiyi soyqırımla bağlı çox az və ya heç nə etməyib. Niyə bu qırğınlar və etnik təmizləmələr bu günə kimi hələ də rəsmən tanınmayıb?
2023-cü il sen tyabrın sonunda Azərbaycanın erməni səkinlərinin Qarabağdan “qovması” barədə çox danışıldı. Qəzetlər, televiziya xəbərlərində hər gün Azərbaycandan qaçmağa məcbur olan Qarabağ ermənilərinə qarşı törətdilən soyqırımdan danışılırdı. Qəzetlərin, xronikanın təqdim etdiyi xəbərlər tam cəfəngiyyat idi. Azərbaycan Hökuməti tərəfindən ermənilərin Qarabağda qalmaq təklifinin gəldiyindən danışan olmadı.
Məntiqlə götürsək, Qarabağ erməniləri özlərini Azərbaycanın istəklərinə, qanunlarına və hüquqlarına tabe etməli idilər.
Erməni nümayəndələrinin Azərbaycan tərəfinin revanş hücumları ilə bağlı yaydıqları yalan xəbərlər bir çox insanı Ermənistana qaçmağa vadar etdi.
Onların qərarlarını anlayaraq Azərbaycan tərəfi ermənilərə yemək, su və tibbi yardım kimi lazımi köməklik göstərilib.
Bu, xocalılıların yeməksiz və geyimsiz qaçmağa məcbur olduğu vaxtdan çox fərqli idi. Onları şaxtalı qışda öldürüb işgəncələrə məruz qoyublar.
Gəlin bunları xatırlayaq və ümid edək ki, bu bir daha təkrarlanmayacaq.
Sağ olun, xanımlar və cənablar.
Təşəkkür edirəm, əziz dostlar.
Yaşasın Xocalı, yaşasın Qarabağ, yaşasın Azərbaycan!