
Kənan İsmayılov – AR Vəkillər Kollegiyasının üzvü, vəkil.
-Hörmətli Kənan bəy, hər vaxtınız xeyir! Çox məşğul qrafikiniz olmasına baxmayaraq məqalə dərc etməyə vaxt ayırdığınız üçün Sizə təşəkkür etmək istərdim. Bu yaxınlarda “Azərbaycan vəkili” Elmi-praktiki hüquq Jurnalında Sizin -CİNAYƏT PROSESSUAL HÜQUQDA MÜDAFİƏ AKTI – TƏRƏFLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN VƏ ÇƏKİŞMƏNİN TƏMİN EDİLMƏSİNİN VACİB ELEMENTİ KİMİ müəllif məqaləniz çap edilmişdir. Nə üçün məhz bu mövzunu işləməyə qərar verdiniz? Sizi bu istiqamətə nə və ya kim ilhamlandırdı?
Kənan İ.:Bildirirəm ki, Müdafiə Aktı anlayışı barədə məqalə hazırlamaq fikri ABŞ-nin Çikaqo şəhərində magistratura təhsili alan zaman qanunvericiliklə tanış olan zaman yaranmışdır. Bu institut bizim qanunuvericilikdə olmasa da təcrübədə vəkil-müdafiəçi tərəfindən müdafiə mövqeyinin tam ətraflı və sübutlarının əksini tapmalı olması barədə zərurət təcrübədə çox qarşıma çıxırdı, belə ki, müdafiə tərəfi olaraq təqdim etdiyimiz müdafiə mövqeləri bu və ya digər formada ayrı-ayrı sənədlərdə öz əksini tapsa da vahid strurukturlaşdırılmış bir hüquqi sənədin mövcudluğu ancaq müdafiıənin güclənməsinə xidmət edər. Bu barədə mən fikirlərimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasınını sədri Anar müəllimlə də bölüşdüm o da bu institutun vacibliyini və əhəmiyyətini qeyd edərək mənə dəstəyini bildirdi. Daha sonra bu məqalənin üzərində çalışmağa daha səylə davam etdim. Bu fikrimi və məqaləmin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Xüsusi buraxılışda çap edilməsində göstərdiyi dəstəyə görə bir daha Anar müəllimə təşəkkürümü bildirirəm ölkəmizdə
-Zəhmət olmasa, məqalənizin nədən bəhs etdiyini qısa şəkildə izah edin.
Cavab:Qeyd edim ki, məqalədə cinayət prosessual hüquqda tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsiplərinin təmin edilməsi baxımından – “Müdafiə Aktı”nın qanunvericiliyə daxil edilməsinin zəruriliyi əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquqlar – məhkəmə müdafiəsi hüququ, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, təqsirsizlik prezumpsiyası yalnız normativ səviyyədə deyil, həm də təcrübi müstəvidə təmin olunmalıdır. Bunun üçün isə müdafiə tərəfinin prosessual imkanlarının ittiham tərəfinin alətləri ilə balanslaşdırılması tələb olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ittiham aktının tərtibi və təqdim olunmasını detallı şəkildə tənzimləsə də, müdafiə tərəfinin bu akta vahid, strukturlaşdırılmış cavab – sənədi təqdim etmək imkanı yoxdur. Müdafiə tərəfinin mövqeyi yalnız pərakəndə formada vəsatətlər, çıxışlar, etirazlar və izahatlarla ifadə olunur. Bu pərakəndəlik isə məhkəmədə ilkin təsəvvürlərin yalnız ittiham aktı əsasında formalaşmasına gətirib çıxarır və çəkişmə prinsipi faktiki olaraq zəifləyir. Belə vəziyyətin isə tərəflərin bərabərliyini formal xarakterə endirməsi və müdafiənin səmərəliliyini azaltması əsaslandırılmışdır. Məqalədə müqayisəli hüquqi təhlil aparılaraq digər ölkələrin – İngiltərə, Şotlandiya və ABŞ kimi ölkələrin qanunvericiliklərində müdafiə mövqeyinin sistemləşdirilmiş sənəd formasında təqdim olunması göstərilir. Məqalədə Azərbaycan Respublikası CPM-ə yeni maddə kimi 289-1-ci maddənin “Müdafiə Aktı”nın əlavə olunması təklif olunur.
-Məqalənizdə əks etdirdiyiniz ideyaların təcrübədə tətbiqi nə dərəcədə realdır? Hüquqşünaslar praktik fəaliyyətlərində hansı çətinliklərlə qarşılaşa bilərlər?
Cavab:Hesab edirəm ki, qanunvericilikdə bu insititutun tətbiqi real ola bilər, nəticə etibarı ilə təklif edilən Müdafiə Aktı anlayışı vəkilin ümumilikdə müdafiə tərəfinin müdafiəsini vahid struruturlaşdırılmış şəkildə təqdim edə biləcəyi sənəddir.
Düşünmürəm ki, təcrübədə bu insititututun tətbiq edilməsi çətinlik yaratmaz, çünki Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbul edilmiş şəxslər 3 mərhələdən ibarət qəbul imtahanı keçərək qəbul edilirlər, qanunvericilikdə bu cür institutun formülə edilməsindən sonra rahat şəkildə tətbiq edilməsi təcrübəsi yaranar.
-Kənan bəy, izləyicimizdən gələ bir sualı ünvanlamaq istəyirəm, zəhmət olmasa, qanunvericiliyə əsasən, başqa şəxsin şəxsi məlumatlarını icazəsiz yayan insanları nə gözləyir? Və bu cəzanın tətbiqi realdırmı?
Cavab:Qeyd edilən hal Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 156-cı maddəsi ilə tənzimlənir, belə ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayət məsuliyyəti yaradır.Qanunvericiliyə edilmiş dəyişikliklərlə artıq bu cinayətin pilotsuz uçuş aparatlarından istifadə etməklə törədildikdə daha ağır məsuliyyət müəyyən edilmişdir.Vətəndaşların bu cür hüquqları pozulduqda aidiyyəti üzrə müraciətləri hallarında real cəa tətbiqi halları təcrübədə mövcuddur.
https://m.youtube.com/watch?v=3kzRGLTRoj4&pp=0gcJCR4Bo7VqN5tD
Müxbir: Cəmilə Çebotaryova
Foto: Yeniçag Media Group








