“Bu gün dünyanın bəzi gücləri və böyük dövlətləri Azərbaycanın qələbəsini həzm edə bilmir”

10 Noyabr, 22:57

Məlum olduğu kimi noyabr ayının 8-də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər parkının açılışında çxış edib. Cənab Prezident çıxışında 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixindəki yerini bir daha vurğulamaqla yanaşı, Ermənistana havadarlıq edən güclərin “sülh göyərçini” düzəlmək cəhdlərinə xüsusilə diqqət çəkib. Ölkə Başçısı çıxışında hər zaman yeni təxribatlara hazır olmalı olduğumuzu xüsusilə vurğulayıb. Aydın məsələdir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində və ötən ilki antiterror əməliyyatında qazandığı misilsiz qələbə ilə regionda və dünyada yeni bir reallıq yaratmışdır. Bəllidir ki, bu reallıq, yəni, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi tam bərpa edərək, Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, dünyanın bir çox güc mərkəzlərini və böyük dövlətlərini narahat etməyə bilməz.Bu baxımdan da, dövlət və xalq olaraq, hər zaman yeni təhdidlərə qarşı hazır olmalı, birliyimizi və həmrəyliyimizi daha da, möhkəmləndirməliyik.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, cənab Prezident çıxışında torpaqlarımızın 30 il işğal altında olsa da, Azərbaycan xalqının və rəhbərliyinin bu işğalla barışmadığını xüsusilə vurğulayıb. O qeyd edib: “Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Azərbaycan xalqı yaxşı xatırlayır, böyük dövlətlər, bu məsələni – Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. Biz bunu görürdük, bilirdik. İllər keçdikcə, hər bir danışıqlar dövrü uğursuzluqla başa çatdıqca həm Azərbaycan rəhbərliyi, həm Azərbaycan xalqı bunu əyani şəkildə görürdü. Biz isə bu vəziyyətlə barışa bilməzdik. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi”.  44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədə dövlət-ordu-xalq həmrəyliyinin əyani təzahürünün şahidi olduq. Xalqın güc və birlik rəmzinə çevrilmiş “dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq.

2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və Azərbaycan müharibəni dayandırdı. Cənab Prezident çıxışnda bildirib ki, “Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi – ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb”.

Azərbaycanın qazandığı qələbələrlə sadəcə Ermənsitanı deyil, eyni zamanda, onun arxasında duran gücləri də məğlub etdi. Məhz buna görə də, bu gün dünyanın bəzi gücləri və böyük dövlətləri Azərbaycanın qələbəsini həzm edə bilmir, bu reallığı qəbul etməkdə çətinlik çəkirlər. BU səbəbdən də, hər gün yeni bir ittihham , yeni bir ssenari ilə ölkəmizə qarşı qarayaxma kompaniyasi həyata keçirirlər. Şübhəsiz ki, bütün bunların Azərbaycan xalqı və dövləti üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan uzun illərdir bu qarayaxmalarla, ikili standartlarla mübarizə aparır, bundan sonra da daha da güclü mübarizə aparmağa davam edəcək. Ona görə ki, Azərbaycanın güclü siyasi iradəsi, güclü Lideri var. Millət vəkili Tamam Cəfərova belə deyib.