Şimali Osetiya Alaniya Respublikasında İlham Əliyevin doğum günü münasibətilə tədbir keçirildi

24 Dekabr, 10:26

Şimali Osetiya Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi” nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun və diospora üzvülərinn iştirakı ilə Müzəffər Ali baş komandan, möhtərəm prezidentimiz İlham Əliyevin doğum günü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri Prezidenti Şahin Məmmədov açaraq Müzəffər Ali baş komandan haqqında İlham Əliyevin Azərbaycan tarixindəki yeri və rolu barədə danışdı.
“Hörmətli İlham Heydər oğlu.
Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Biz Sizi Azərbaycan xalqının vətənpərvər və fədakar övladı, xalqın müdrik rəhbəri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanıyır və bunu xüsusi olaraq etiraf edirik.
Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi, müstəqil dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkənizin sürətli inkişafına yönəlmiş böyük quruculuq işləri ilə sıx bağlıdır.
Xüsusən də Sizin güclü iradəniz sayəsində ölkənizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa çevrildi.
Siz Azərbaycanın yeni tarixini yazdınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur.
Sizin digər sahələrdə həyata keçirdiyiniz konstruktiv və praqmatik siyasət ölkəmizin inkişafına və insanların rifahına öz töhfələrini verməkdədir.
Hörmətli İlham Heydər oğlu, Sizi – həyatınızın bu sevincli günü münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, son dərəcə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayırıq”.

QEYD:
Möhtərəm Prezidentimiz!
Şimali Osetiya Alaniya Respublikasında fəaliyyət göstərən Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi” və burada yaşayan azərbaycanlılar hamılıqla 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Prezident seçkilərində SİZİN namizədliyinizi dəstəkləyir.

Murtuza GÜLMƏMMƏDOV,
Şimali Osetiya – Alaniya Respublikası
“Azərbaycanlılar Konqresinin” sədri