Aida Tağıyevanın səsi bu dəfə Rusiya Elmlər Akademiyasından gəldi…

8 Noyabr, 11:27

 

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş Böyük Avrasiya ölkələrindən olan gənc alimlərin “Elm Qitəsi” akademik forumu MDB İcraiyyə Komitəsinin tərəfdaşlığı ilə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası və 2023-cü ildə Rusiya Federasiyasının Avrasiya İqtisadi İttifaqının orqanlarında sədrliyinə həsr edilmiş forum keçirib.

Qeyd etmək gərəkir ki, MDB İcraiyyə Komitəsinin dəstəyi ilə 2022-ci ildə “Sərhədsiz elm” devizi altında keçirilən forum akademik gənclərin həyatında əlamətdar hadisəyə çevrilmiş, elmi əlaqələrin möhkəmləndirilməsinə və elmi fəaliyyətin gənclər arasında populyarlaşmasına mühüm töhfə vermişdir. MDB ölkələri, MDB iştirakçısı olan dövlətlərin peşəkar birliyində alim və gənc mütəxəssislərin mobillik sisteminin formalaşmasına öz töhfəsini vermişdir.

Bu ilsə göründüyü kimi keçirilən  forum iştirakçılarının coğrafiyası əhəmiyyətli dərəcədə genişləndirilərək, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Özbəkistan, Türkmənistan, Ermənistan, Azərbaycan, Tacikistan, Çin, Hindistan, İran, Monqolustan, Vyetnam, İndoneziya, Pakistan, Serbiya, Macarıstan, Efiopiya, Misir və Suriyadan da elmi tədqiqatçılar və mütəxəssislərin iştirakına önəm verilmişdi.

Olduqca əhəmiyyətli beynəlxalq forumun keçirilməsinin başlıca məqsədi Avrasiya ölkələrinin vahid elmi və texnoloji məkanın formalaşdırılması, eləcə də, elmi-texniki bazanın gücləndirilməsi istiqamətində strategiya və təşəbbüslərini birləşdirən Böyük Avrasiya Tərəfdaşlığı çərçivəsində fənlər arası dialoq və aktual elmi problemlərin müzakirəsi üçün . dövlətlərarası akademik və elmi əlaqələr platforması yaratmaqdı

Forum iştirakçıları öz elmi tədqiqatlarının nəticələrini altı istiqamət üzrə aparıcı alimlərin rəhbərlik etdiyi tematik elmi bölmələr çərçivəsində təqdim ediblər.

AMEA Rəyasət heyətinin “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva Rusiyada keçirilən forumda süni intellekt( riyaziyyat) elmi məqaləsi ilə çıxış edərək, ölkəmizi təmsil edib. 

Olduqca əhəmiyyətli bir elmi forumun sertifikatı ilə vətənə qayıdan Aida Tağıyevanın üzərində çalışdığı tədqiqatı və çıxışı forum iştirakçıları tərəfindən  alqışlarla qarşılanıb. 

 

Xatırladaq ki, forum iştirakçıları öz elmi tədqiqatlarının nəticələrini altı istiqamət üzrə aparıcı alimlərin rəhbərlik etdiyi, süni intellekt (riyaziyyat, informasiya və kommunikasiya texnologiyaları), fizika (nanotexnologiya, kvant texnologiyaları), kimya və materialşünaslıq, sağlam nəsil (bio). – və sağlamlıq texnologiyaları, iqlim, ekologiya), biotəhlükəsizlik və qida təhlükəsizliyi (kənd təsərrüfatı elmləri), irsin qorunması (humanitar elmlər, sosial elmlər) olmaqla tematik elmi bölmələr çərçivəsində təqdim edib.

Qeyd edək ki, yetəri  sözü gedən forumda: 

Rusiya Federasiyası Prezidentinin köməkçisi A.A. Fursenko;  Rusiya Federasiyası Təhsil naziri V.N. Falkov;  Xarici işlər nazirinin müavini A.A. Pankin;  Rusiya Federasiyası Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsinin sədri L.S. Qumerova; MDB-nin baş katibi S.N. Lebedev, EAEU-nun sədri M.V. Myasnikoviç;  Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası rəhbərinin müavini, Belarus Milli Elmlər Akademiyasının akademiki P.A.Vityaz;  Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik B.S. Yuldaşev, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti ve
Qazaxıstan Respublikasının Prezidenti yanında D.N. Bilyalov;  “Kurçatov İnstitutu” Milli Tədqiqat Mərkəzinin prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü iştirak edib.

 

 

VOİCEPRESS