Türkiyə yenə silkələndi

27 Noyabr, 09:50

Türkiyədə bu gün səhər saatlarında yeni zəlzələ ocağı qeydə alınıb.

Yeraltı təkanlar bu dəfə də Düzce bölgəsində baş verib.

Zəlzələnin təsir gücü 4.3 ballıq şkala ilə qiymətləndirilib. Məlumata görə, zəlzələ yerli vaxtla saat 06:57-də baş verib.

Dağıntılar və tələfat barədə məlumat verilməyib. Zəlzələ ocağının 9.2 km dərinlikdə yerləşdiyi bildirilib.