Messi qol vurdu, Argentina qalib gəldi

27 Noyabr, 09:56
LUSAIL CITY, QATAR - NOVEMBER 26: Lionel Messi of Argentina celebrates scoring their team's first goal during the FIFA World Cup Qatar 2022 Group C match between Argentina and Mexico at Lusail Stadium on November 26, 2022 in Lusail City, Qatar. (Photo by Dan Mullan/Getty Images)

Dünya çempionatında II turun oyunları davam edir.

Günün son matçında C qrupunda yer alan Argentina və Meksika yığmaları üz-üzə gəliblər. Görüş Argentina yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Argentina – Meksika – 2:0 

Qol: Lionel Messi, 64, Enzo Fernandez, 87

Baş hakim: Daniele Orsato (İtaliya)

Argentina və Meksika yığmaları arasında keçirilən görüşdə hesab dəyişib.

Matçın 65-ci dəqiqəsində Lionel Messi baxımlı qola imza ataraq, komandasını önə çıxarıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün 87-ci dəqiqəsində Argentina yığması hesab arasında fərqi artırıb – 2:0

Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Argentina: Dibu Martínez, Montiel, Lisandro Martínez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.

Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.