“Krım barəsində Qonkonq üzrə sövdələşməyə bənzər hansısa razılaşma olmalıdır və bu, yenidən referendum vasitəsilə əldə edilə bilər…”
“Biz Krımı təkcə ümumukrayna deyil, ümumavropa məkanına qaytaracağıq…”
Ukrayna “qanlı döyüş və nüvə müharibəsi”ndən yan keçmək üçün Krım referendumu ilə razılaşmalıdır
Əgər Ukrayna səkkiz il öncə Rusiya tərəfindən birləşdirilən Krımı “geri qaytarmağa” cəhd edərsə, onu qanlı döyüş və nüvə qisası təhlükəsi gözləyəcək.
Bu barədə Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi lord Riçardsc bəyan edib. Məlumatı “Daily Express” qəzeti yayıb.
Ukrayna strateji mühüm Xerson şəhəri uğrunda həlledici çarpışmaya hazırlaşır, onun arxasında isə Rusiyanın tərkibinə qatılan Krım gəlir.
Riçards Krımda yenidən referendum keçirilməsini təllif edir, bu da Qara dənizdəki balaca yarımadanı bir neçə ilə Rusiyanın nəzarətində saxlamağa imkan verəcək”.
Doğrudur, belə səsvermənin keçiriləcəyi az ehtimal ediləndir, ona görə də bircə çıxış yolu qalır, o da müharibənin davam etməsidir.
Zelenski dəfələrlə bəyan edib ki, onun qoşunları lazım gəlsə güclə Krımı götürəcək. Son həftələr ərzində ukraynalı hərbçilər yarımadadan 150 km şimalda yerləşən cənub Xerson şəhərini mühasirəyə alıb.
Lord Ruçards deyib: Krım barəsində Qonkonq üzrə sövdələşməyə bənzər hansısa razılaşma olmalıdır və bu, müşahidə altında təşkil edilib keçirilən referendum vasitəsilə əldə edilə bilər. Belə razlaşmaya görə, Rusiya bir neçə illər ərzində onu öz əllərində saxlaya bilər”.
Buna alternativ qanlı döyüş və Rusiya tərəfindən birləşdirilən ərazilərin itirilməsi olacaq. Etiraf etmək lazımdır ki, nəinki Rusiyada, həm də Qərbdə də bəziləri belə hesab edir, hərçənd, Moskvanı hərəkətlərinə görə tənqid edirlər.
“Əgər Ukrayna uğur qazanarsa və Krımı götürərsə, biz eskalasiyaya dönəcəyik. Əgər Putinin bu məsələdə burnu ovulsa, o, hansısa ağılsızlığa yol verə bilər. Hamı nədən danışdığımın fərqindədir-o, taktiki nüvə silahını tətbiq edə bilər”.
Prezident Zelenski oktyabrın 25-də çıxış edərək deyib ki, Ukrayna qoşunları “Krımı hökmən azad edəcək”. Prezident öz əqidəsində ardıcıldır. Onun və bir çoxlarının fikrincə, Krım Ukraynanın bir hissəsidir. O, deyib:
“Biz ölkəmizin bu hissəsini təkcə ümumukrayna deyil, ümumavropa məkanına qaytaracağıq”.
Ukrayna Silahlı Qüvvələri bir neçə aydır ki, şərqdə miqyaslı əkshücum keçirir, bu yaxınlarda isə ölkənin cənubunda Xersonu mühasirəyə alıb.
2014-cü ildə Krımın, sonradan bu ilin sentyabr ayında Ukraynanın dörd vilayətinin (Luqansk, Donetsk, Zaporojye və Xerson) birləşdirilməsi Ukrayna hücumunun qarşısını almaq məqsədini güdüb. Putinin fikrincə, bu ərazilər de-fakto Rusiyanın əraziləri elan edildiyindən, Ukraynanın bu regionlarda hücumuna cavab olaraq nüvə zərbəsi endirməyə bütün əsasları var.
Lakin Ukrayna Silahlı Qüvvələri və prezident Zelenski Rusiya liderinin məntiqinə heç bir maraq göstərməyib. Sentyabr birləşməsindən sonra Ukrayna qoşunları Donetsk vilayətində sənaye şərqində Liman şəhərini nəzarətə götürüb və Rusiyanı hüquqi iddiası olan bu rayondan getməyə vadar edib.
Limanı ələ keçirəndən sonra Zelenski şərqə doğru hərəkət etməyi vəd edib. O, deyib: “Son həftə ərzində Donbasda Ukrayna bayraqlarının sayı artıb. Bir həftədən sonra daha çox olacaq”.
Xersonu mühasirəyə aldıqdan sonra Ukrayna onun uğrunda döyüşə hazırlaşır. Bundan sonra Ukrayna qoşunlarının cənuba, Krım istiqamətinə doğru irəliləməsini istisna etmək olmaz.
2014-cü ildə Rusiya hakimiyyəti bəyan edib ki, seçicilərin 95, 5 faizi Krımın Rusiyaya birləşməsinə səs verib.
Qeyd: bu yazı Rusiya qoşunlarının Xersonu tərk etməsindən öncə yazılıb.








