“Milli Məclis Ermənistan tərəfini yaranmış tarixi fürsəti düzgün dəyərləndirməyə çağırır”.
Bu barədə Milli Məclisin 8 Noyabr – Zəfər Günü ilə əlaqədar qəbul edəcəyi bəyanatda bildirilib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Azərbaycan tarixində iz buraxıb. Ali Baş Komandanın siyasəti Azərbaycan tarixində yeni mərhələnin başlanmasına səbəb olub. 1 milyondan artıq soydaşımız 30 ildən artıq qaçqınlıq və məcburi köçkünlük yaşamağa məcbur olub. Birinci Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın soydaşımızın taleyi hələ də məlum deyil. Ermənilərin vandallığı nəticəsində mədəniyyət abidələrimiz məhv edilib. Hələ də azad edilmiş ərazilərdə Ermənistanın mina terroru hələ də davam edir. 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli bəyanat Ermənistan və Azərbaycan arasında olan münaqişəyə son qoyub. Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh danışıqları prosesində yerinə yetiriləcək addımlar sülh sazişinin imzalanmasına kömək göstərəcək. Ümid edirik ki, yaxın zamanda sülh prosesi üçün Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”, – bəyanatda qeyd olunub.