Ceyhun Bayramov sülh müqaviləsindən DANIŞDI – Buna ehtiyac var

5 Noyabr, 11:17

“Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır.

“Üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb”, – XİN başçısı əlavə edib.