Əsli Kazımova: “Qarabağ Azərbaycandır” şüarını bütün erməni yalanlarına rəğmən bütün dünyaya əzbərlətdik!”

27 Sentyabr, 10:33

“27 Sentyabr  Böyük Zəfərə gedən yolun başlangıcıdır”.  Voicepress-in verdiyi xəbərə görə, bu sözləri mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, 27 Sentyabr tarixini Azərbaycan xalqı heç bir zaman unutmayacaq: “Bu tarix Azərbaycan xalqı olaraq haqq yolunda, haqq mübarizəmizi başlatdığımız gündür. Rəşadətli Ordumuz, Cənab İlham Əliyevin sınmaz  əqidəsi, möhkəm iradəsi sayəsində qələbəyə gedən yolun başlangıcıdır.

27 Sentyabr illərdir adı itkin və əsir düşmüşlər siyahında olan 4000-dən çox azərbaycanlıların qisas günüdür. Bu tarix  31 Mart soyqırımının, Ağdaban faciəsinin, Xocalı soyqrımının, Qarakənd faciəsinin qisasının  alındığı gündür. Doğma Qarabağımızı düşmən işğalından azad edərək, Azərbaycan Ordusunun əbədiyyən tarix yazdığı şərəfli bir səhifənin başlangıcıdır. Minlərlə şəhidimiz canından, qanından keçərək, bütün dünyaya Azərbaycan xalqının heç bir zaman “Vətənindən keçməyəcəyi” mesajını verdilər.

Bir sözlə, hesab edirəm ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürməyə müvəffəq oldu.  Müzəffər Ordumuz Şanlı Zəfər qazanaraq, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir.

Ona görə də, düşünürəm ki, bu qələbə  tarixdə bənzəri olmayan qələbədir. Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovmağa müvəffəq olduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı,  azad etdik! “Qarabağ Azərbaycandır” şüarını bütün erməni yalanlarına rəğmən bütün dünyaya əzbərlətdik! Mənim xalqım  bu qələbəni qazanmağa layiq idi!

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə Allahdan cansağlığı diləyirəm! “

 

 

VOİCEPRESS