“Ulduz Yolu”nun aktrisası vəfat etdi

1 Avqust, 12:01

60-cı illərdə fenomenə çevrilən “Ulduz yolu” elmi-fantastik serialında rol alan Nichelle Nichols 89 yaşında vəfat edib.

Voicepress.az xəbər verir ki, bu barədə aktrisanın oğlu Kayl Conson Facebook səhifəsində məlumat paylaşıb. O, anasının heç bir xəstəlikdən əziyyət çəkmədiyini öz əcəli ilə dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, 60-cı illərdə televiziya tamaşaçıları ilə görüşən “Ulduz yolu” standartlaşdırılmış qavrayışları alt-üst etmişdi.  Məhz o illərdə qaradərili və azlıqlardan olan aktyorlar yüksək səviyyəli rollarda iştirak edirdilər. Serialda Kapitan Kirk obrazını canlandıran Uilyam Şatnerin bir epizodda Nikolsu öpməsi televiziya tarixində bir ilk idi.

\voicepress.az\