Mütəmadi olaraq ev işləri ilə məşğul olmaq bu xəstəliyə məruz qalma riskini azaldır – ARAŞDIRMA

1 Avqust, 12:29

İngiltərədə aparılan yeni bir araşdırmada qabların yuyulması, zibillərin atılması və tozsoran kimi əsas ev işlərinin insanı öldürəcək qədər təhlükəli olan demans xəstəliyindən qoruduğu açıqlanıb.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, 500.000-dən çox britaniyalının iştirakı ilə aparılan bir araşdırma, tez-tez əsas ev işləri ilə məşğul olan yaşlı insanların demensiya xəstəliyinə daha az məruz qaldığını göstərdi.

Çin alimlərinin apardığı araşdırmada ev işlərinin beynin funksiyalarını aktivləşdirə biləcəyi və buna görə də demansla mübarizədə mühüm rol oynadığı bildirilib.

“Neurology”jurnalında dərc edilən araşdırmaya rəhbərlik edən professor Huan Sonq: “Bizim araşdırmamız insanların sağlam fiziki və zehni fəaliyyətlərdə daha tez-tez iştirak etməklə demans riskini azalda biləcəyini aşkar etdi. Tapıntılarımızı təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac var. “Lakin bizim nəticələrimiz göstərir ki, sadə həyat tərzi dəyişiklikləri faydalı ola bilər” deyə bildirib.

Ev işləri beyinə qan axını təmin edərək hüceyrələrin böyüməsinə şərait yaradır.

Tədqiqatda 501 376 britaniyalı tibbi və genetik məlumat mərkəzi olan UK Biobank-ın məlumatlarından istifadə edilərək müayinə edilib və 5 185 nəfərin demans olduğu bildirilib.

 

\voicepress.az\