Sarksiyan: “Əliyevlə bağlı bir daha fikir bildirməyəcəm”

13 İyun, 16:21

“Müxalifət lideri İşxan Saqatelyanın bu barədə nə deyəcəyini eşidəcəksiniz”.

Voicepress.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ümumxalq hərəkatının arzu olunan nəticələrə nail olub-olmayacağı sualına cavab verərkən deyib.

“Arzuolunan nəticələr? Təbii ki, arzu olunan nəticələr olacaq. Mxalifət lideri İşxan Saqatelyanın bu barədə nə deyəcəyini eşidəcəksiniz” Serj Sarkisyan bildirib.

Ermənistanın üçüncü prezidenti həmçinin jurnalistin Azərbaycan Prezidentinin Ermənistandakı prosesləri gərginlik kimi səciyyələndirməsi, onların arxasında Serj Sarkisyan və Robert Köçəryanın durduğunu deməsinə də münasibət bildirib.

O, “Mən əvvəl də demişəm, yenə deyirəm ki, bir daha Əliyevlə bağlı fikir bildirməyəcəyəm. Çünki o mənim üçün mövcud deyil” deyə bildirib.

\voicepress.az\