Qarabağ gecəsi” xeyriyyə konserti keçirilir

26 İyun, 19:02

Voicepress.az xəbər verir ki, konserti Mədəniyyət naziri Anar Kərimov çıxış nitqi ilə açıb. Çıxışında “Qarabağ gecəsi” konsertinin keçirilməsinin mahiyyətindən bəhs edən nazir Qarabag Dirçəliş Fondunun rəhbərliyinə  təşəkkür edib.

Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Samir Cəfərov, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, Muğam Televiziya müsabiqəsi qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.

Qeyd edək ki, konsertdən əldə edilən vəsaitlər işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.

/voicepress.az/