Goranboyda iki erkən nikahın qarşısı alınıb

25 İyun, 19:22

Goranboy rayonunda növbəti erkən nikahın qarşısı alınıb.

Voicepress.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. O, bildirib ki, bu dəfə də, 15 və 16 yaşlı yeniyetmə qızların ailəsi tərəfindən ərə verilməsinin qarşısı alınıb.

“Övladlarına təhsil əvəzinə,evləndirməyi üstün tutan,bu dəfə Goranboy rayon sakinləri olublar. DövlətKomitəsi tərəfindən faktın dərhal araşdırılması üçün  Goranboy Rayon İcra Hakimiyyətinin, YYÇİHMK-ya həmçinin rayon Polis şöbəsinə və rayon UADM-nə təcili olaraq məlumat verilib. Onlar da dərhal ailənin yaşadığı ünvana səfər edərək faktın doğruluğunu araşdırıblar.

Məlum olub ki, hələ toyun nə olduğunu tam dərk etməyən 15 yaşlı uşağı, ailəsi evləndirməyə hazırlaşırmış.

Qeyd edim ki, bu gün xına mərasiminə hazırlaşan ailə, 27 iyulda toy edəcəkmiş. İkinci erkən nikah da  elə, həmin rayonun digər bir kəndində baş tutacaqmış.

Dövlət Komitəsinə daxil olan zəng əsasında,rayon  UADM-nə faktın araşdırılması tapşırılır. Rayon İH-nin əməkdaşları ilə birlikdə ailəyə səfər edən qrum rəsmləri, toya hazırlıq işlərinin aparıldığının şahidi olublar. Dərhal azyaşlının özü və ailəsi ilə fərdi söhbət aparılıb və toyun qarşı alınıb.

Qeyd edim ki, hər iki ailə və onların oğlan tərəfi ilə də söhbətlər aparılıb. Bildirilib ki, azyaşlını nikaha məcbur etmək cinayət məsuliyyəti yaradır.  Azərbaycan Respublikasının cinayət məcəlləsinin müvafiq maddəsinə əsasən, 3 min manatdan 4 min manata qədər cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Hər iki ailə də qızılarının 18 yaşı tamam olana qədər bu əmələ cəhd etməyəcəklərini  bildiriblər. Ailələr diqqətdə saxlanılır”.

\voicepress.az\