Putindən Consonun “Rusiya prezidenti qadın olsaydı, müharibə olmazdı” açıqlamasına sərt cavab

30 İyun, 16:18

“Bir qadın müharibə etmək qərarına gəlib. Folklend adaları hara, Britaniya hara?”

 Voicepress.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabadda keçirilən 6-cı Xəzəryanı Ölkələr Liderlər Zirvə toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Böyük Britaniyanın baş naziri Boris Consonun “Rusiya prezidenti qadın olsaydı, müharibə olmazdı” açıqlamasını dəyərləndirən Putin, “İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin Folklend adaları üçün Argentinaya qarşı müharibəyə başladığını” xatırladıb.

“Bir qadın müharibə etmək qərarına gəlib. Folklend adaları hara, Britaniya hara? Bunun səbəbi imperialist ambisiyaları və imperialist statusunun təsdiqlənməsidir. Ona görə də Britaniyanın hazırkı baş nazirinin bu gün baş verənlərə istinadları düzgün deyil”, deyə Putin bildirib.

Günel \voisepress.az\