Paşinyanla Paris Meri arasında görüş niyə baş tutmadı?

9 İyun, 10:53

“Mövzu ilə bağlı hələ ki. Bir açıqlama verilməyib”.

 Voicepress.az xəbər verir ki, bunu Ermənistan mediasının Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən baş nazir Nikol Paşinyanla Paris meri Ann Hidalqonun görüşünün nə üçün təxirə salınması ilə bağlı sorğusuna cavab olaraq bildirib.

Xatırladaq ki, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan “Hraparak” qəzetinə müsahibəsində bildirmişdi ki, mayın 28-də saat 18:00-da Hidalqo ilə Paşinyan arasında görüş və rəsmi şam yeməyi planlaşdırılıb. heç bir izahat verilmədən son anda ləğv edildi.