6 yaşında “Uşaq Gözəllik Kraliçası” seçildikdən sonra ABŞ-dakı evində ölü tapılan Con Benet Ramsinin qətli 1996-cı ildən bəri sirr olaraq qalır.
Con Benet Ramsinin 20 ildən çoxdur qatili tapılmır. Üstü açılmayan əsrarəngiz cinayət işi hələ də bağlanmayıb.
Con Benet Ramsinin anası Patsi və ya qardaş Burkenin qızın ölümündə əli olduğuna və ailənin bunu ört-basdır etmək üçün çalışdıqlarına dair ciddi dəlillər var.
Ailə ilə bağlı şübhəli məqamlardan biri hadisə günü öldürülən qızcığazın geyindiyi paltarların müayinəsinə yalnız 1 ildən sonra icazə verilib. Həm də ailənin ümumilikdə hadisəyə münasibəti şübhəli idi. Bu cür dəhşətli hadisə yaşayan ailə polislə sıx əlaqədə olmalı olduğu halda Ramsey ailəsi hər şeydən kənarda durmağı seçirdi.
6 yaşlı qızın meyitinin tapıldığı zirzəminin şüşəsi sınmış pəncərəsindən başqa evə daxil olmaq üçün başqa giriş yox idi. Üstəlik bu şüşəsi sınmış pəncərənin kilidi açılmış, pəncərədə hörüşmçək toru olub və o tor heç bir zərər görməyib. Polis hesab edirdi ki, bu yolu ailədən və ailəyə yaxın olan adamlardan başqa heç kimin bilməsi mümkün deyil.
Mütəxəssislərin fikrincə, hadisə yerində fidyə məktubu yazmaq son dərəcə təəccüblüdür. Təsəvvür edin, evə girirsən, uşağı qaçıracaqsan, amma nə qədər plansız olsan da, cinayət yerində fidyə məktubu yazmağı unutmursan. Bunun əks arqumenti isə odur ki, cinayətkar ailə tərəfindən tutulmayacağını bilib.
Fidyə məktubundakı şişirdilmiş nida işarələri, abbreviaturalar və kiçik a hərfləri də şübhə doğurub. Ana Patsy ixtisarlardan çox istifadə edən biridir və “a” hərfini bizim lüğətdə, kompüterdə və ya yazı makinasında yazacağımız kimi yazırdı. Fidyə məktubunda eyni “a” hərfindən istifadə edilmişdi. Qəribədir ki, hadisədən sonra Patsi “a” hərfini hüsnü xəttlə yazmağa başlayıb. Polis ailə də daxil olmaqla təxminən 70 nəfərdən əl yazısı nümunələri götürsə də heç biri uyğun gəlməyib.
Fidyə üçün qızı qaçıran adamın onu evin zirzəmisində ökdürməsi də şübhələri ailənin üzərinə yönəldən detallardan biridir. Məntiq olaraq absurd görünür. Əgər bir qızı fidyə üçün qaçıracaqsansa onu niyə evin zirzəmisinə qaçırırsan. Bu qədər uzun fidyə məktubu yazıb onu zirzəmidə öldürmək bir qədər ağılsız hərəkət kimi görünür.
Cinayət törədilmədən əvvəl qızın zorlanması ehtimalı da var idi. Çünki uşağın cinsiyyət nahiyəsində kiçik bir göyərmə vardı. Ancaq bu tam olaraq zorlanmanın baş verdiyinin sübutu deyildi. 2003- cü ildə Con Benetin alt paltarında kimə məxsus olduğu bilinməyən kişi tükü aşkarlanmışdı. 2008- ci ildə DNT analiz üsulları inkişaf etdikdən sonra Ramsey ailəsi bu məsələyə soyuq yanaşıb. Qəribəsi odur ki, həmin kişi tükü sonra qızın yorğanından da tapılıb.
Polis hadisə yerinə gələndə meyit hələ tapılmamışdı, ona görə də cinayət hələ qətl deyil, adam oğurluğu sayılırdı ona görə də tədqiqat zamanı təkcə qızın otağını dəlil kimi bağlamışdılar. Başqa yerləri vecə almadılar. Nəticədə evə daxil olan polislər, evdə hərəkət edən ailə üzvləri hər yeri çirkələndirdilər və izlər bir-birinə qarışdı. Əgər əvvəlcədən hadisə qətl kimi işlənsə idi o evdə quş da uçurmazdılar cinayətin üstü anında açılmış olardı.
Daha sonra qızın otağı araşdırılarkən hadisənin əvvəlində olan əməliyyatçı gözdən nə isə yayınar deyə yenidən evdə axtarış aparmaq istəyir. Axtarış zamanı qızın aytası da polislərə qoşulur. Con Benetin atası polisdən cəld davranıb evin zirzəmisindən qızının meyitini tapıb yuxarı gətirir. Ehtimal ki. Meyit zirzəmiyə sonradan atılıb. Meyit tapılarkən qızın ağzında lent olub, ancaq atası onu artıq aşağıda çıxartmışdı. Şübhəli detallardan biri də polisin lentdə tapılan parça nümunələrinin bəzilərinin Milad ərəfəsində Ana Patsinin geyindiyi sviterə aid ola biləcəyini düşünməsidir.
Digər şübhəli məqam isə fidyə məktubunda Con Benet üçün tələb olunan məbləğin Con Ramsinin keçən il aldığı bonusla tam eyni olmasıdır.
Cinayətin törədilməsinə dair iki ehtimal var: qətli ya qızın ailəsi, ya da ailəyə yaxın kimsə törədib. 26 ildir cinayətin üstününü açılmamasının səbəblərindən biri də cinayəti törədən hər kimdirsə onun artıq həyatda olmaması əsas gətirilir. Ailənin 26 ildir cinayəti ciddi-cəhdlə ört-bas etməyə çalışması xeyli şübhəli görünür. Mütəxəssislər hesab edir ki, cinayətin üstü yalnız bir şahid, yaxud da cinayəti törədən şəxsin etirafı nəticəsində açıla bilər. Ancaq ehtimal edilir ki, cinayəti törədən şəxs artıq həyatda olmadığı üçün bu işin üstü bəlkə də heç vaxt açılmayacaq.
Qeyd edək ki, Conbenetin anası Patsi Ramsi 2006-cı ildə vəfat edib.
Tərcümə etdi Günel Musa \voicepress.az\