Dünyanı sarsıdan napalmlı qızcığaz

1 İyun, 15:47

Amerikalı fotoqraf Huyng Cong Nick Ut tərəfindən 1972-ci ildə lentə alınan bir fotoşəkil dünyanı dəhşətə gətirmişdi.

Həmin fotoqraf Cənubi Vyetnam ilə Şimalı Vyetnam arasında baş verən müharibə zamanı Napalm şəhərində bombaların altından qaçan vyetnamlı çılpaq qızın şəklini çəkmişdi. Bu fotoşəkilin Vyetnam müharibəsinin bitməsinin əsas səbəblərindən biri olduğuna dair geniş yayılmış fikir var. Kim Phuc adlı bir qızın fotoşəkili Şimali Vyetnam və Cənubi Vyetnam arasındakı bu sərsəm müharibəyə görə Vyetnam xalqının çəkdiyi əzabların miqyasını gözlər önünə sərirdi. Şəkildə Napalm bombardumana məruz qaldığı vaxt əynindəki paltarları yandığı üçün onları çıxarıb Vyetnamın Tranq Banq şəhərinə doğru qşqıraraq qaçam balaca qız uşağı təsvir olunur.

Bölgədə kommunist kəsimlə ilə mübarizə aparan ABŞ da iki tərəf arasındakı müharibədə iştirak edirdi. Napalmın çəkdiyi fotoşəkil bütün dünyaya təsir etmişdi. ABŞ-ın o zamankı prezidenti Riçard Nikson fotoşəkilin yalan olduğunu desə də, “Mühraibə dəhşəti” adı verilən həmin şəkil sayəsində müəllif  adını dünyanın ən yaxşı fotoqrafları sırasına həkk edərək Pulitzer mükafatına layiq görülmüşdü.

 İllər sonra dünyanı dərin kədərə qər edən bu fotoşəkildəki qız sonralar sülhün simvoluna çevrildi və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) xoşməramlı səfiri oldu.

Bədənində müharbənin əbədi izlərini daşıyan Kim Phuc illər sonra verdiyi müsahibəsində deyir:

“Bağışlamaq məni nifrətdən azad etdi. Bədənimdə hələ də çoxlu çapıqlar var və onlar çox vaxt mənə dözülməz ağrılar verir”.

Kim hazırda müharibə vəhşiliyinin canlı simvolu olan, müharibə və terrorizm qurbanı olan uşaqlara pulsuz tibbi yardım göstərən beynəlxalq təşkilatların işini dəstəkləmək üçün vəsait ayırmağa həsr olunmuş qeyri-kommersiya təşkilatı olan “Kim Foundation International”ın təsisçisidir.

Kim möcüzəli şəkildə həyatda qalıb.  Napalm səmasından bombalar yağarkən o əzab içində qaçır və bu an onun paltarları alovlandığı üçün bədəni də bu yanıqlardan pay alır. Onu əvvəlcə xəstəxanadakı morqa atırlar. Lakin Kim ölmür, sağ qalır.  Ancaq onun sağaldıqdan sonrakı həyatı tək-tənha davam edir. Çünki Napalma bombalar düşərkən  Kim bildiyi, güvəndiyi nə varsa hər şeyi itirir; evini, ailəsini, kəndini, sevimli paltarlarını, oyuncaqlarını və uşaqlıq məsumluğunu və xoşbəxtliyini.

Bədənində baş qaldıran dözülməz ağrılar onu intihara sövq edir. Lakin 1982-ci ildə  bir nəfər onu xristian dininə dəvət edir və bununla da onun həyatı dəyişir. İmanı ona bağışlamağı öyrədir.  1986-cı ildə Kim Kubada təhsil almaq fürsəti əldə etsə də səhəttindəki problemlərə görə təhsilini yarımçıq qoymalı olur.

Ancaq həyatında daha xoş bir hadisə baş verir. Kubada olarkən o, təhsilini davam etdirmək üçün Kubaya köçmüş başqa bir vyetnamlı tələbə Huy Toana aşiq olur və  cütlük 1992-ci ildə evlənirlər. Onlara bal ayı üçün Moskvaya səyahət paketi hədiyyə olunur. Ancaq geri dönərkən təyyarə yanacaq doldurmaq üçün Kanadada dayanır. O zaman Kim Phuc və əri sakitcə təyyarəni tərk edərək siyasi “sığınacaq” istəyir. O, 1996-cı ildə müharibədə həlak olan ABŞ əsgərlərinin xatirəsinə Vyetnam Veteranları Memorialına əklil qoyanda barışıq simvoluna çevrilir.

Bu gün “Kim Fondu” vasitəsilə müharibə qurbanı olan uşaqlara travmatik təcrübələrini aradan qaldırmaları üçün tibbi və psixoloji dəstək verməklə onlara dəstək olur. Kim 1997-ci ilin noyabrında barışıq və tolerantlıq vasitəsilə sülh mədəniyyətinin təşviqində göstərdiyi cəsarət və səxavətinə görə UNESCO-nun sülh mədəniyyəti üzrə xoşməramlı səfiri təyin edilib. Kim sülhün təşviqinə həsr olunmuş həyatının tanınması üçün ayrı-ayrı şəxsləri sülhü təşviq etmək işlərinə görə təltif edən “Drezden Sülh Mükafatı” alıb.

O, öz hekayəsini 2017-ci ildə 11 dildə nəşr olunan “Od Yolu” kitabında danışır. Hazırda Kim əri və iki oğlu Tomas və Stiven ilə Kanadanın Toronto bölgəsində yaşayır.

Günel Musa\ voicepress.az\