Abramoviç Aİ-nı məhkəməyə verib

1 İyun, 14:44

Rusiyalı milyarder Roman Abramoviç Avropa İttifaqının (Aİ) ona qarşı sanksiya qərarlarını məhkəməyə verib.

Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı oliqarx Roman Abramoviç Avropa İttifaqının (Aİ) mart ayında tətbiq etdiyi sanksiyalara qarşı hüquqi prosesə başlayıb.

Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Aİ-nin sanksiya siyahısına daxil edilən İngiltərənin “Çelsi” futbol komandasının keçmiş sahibi Abramoviç Avropa Şurasının qərarına qarşı Lüksemburqda Aİ Ümumi Məhkəməsində iddia qaldırıb.

Xatırladaq ki, Aİ martın 15-də rusiyalı milyarder Abramoviçə qarşı sanksiyalar tətbiq etməyə başlayıb, onun aktivlərini dondurub və səyahət qadağası qoyub.

\voicepress.az\