İyunun 14 – dən 19-dək Cenevrədə BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin ləğv olunması üzrə Komitəsinin(CEDAW) 82 ci sessiyası keçirilib.
Voicepress.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səfərlə bağlı təəssüratlarını bölüşüb və bildirib ki, Azərbaycan Hökumətinin 6-cı dövri hesabatı ətrafında dinləmələri və sual cavab mərhələsini uğurla keçib.
“Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş geniş tərkibli nümayəndə heyətinin Dövlət Komitəsi tərəfindən koordinasiya olunan fəaliyyəti və onun nəticələri, eləcədə bizə ünvanlanan çoxsaylı suallara cavabları barədə CEDAW ekspertlərinin müsbət rəy və dəyərləndirmələrini eşitmək qürurverici olmaqla yanaşı həm də çox xoş oldu.
Lakin görülməli olan vacib işlər, nəzərə alacağımız tənqid və tövsiyyələr, həmçinin bu sahədə mövcud olan narahatedici məqamlara dair vətəndaş cəmiyyəti nümayəndələrimizin fikir, təklif və iradlarını da unutmuruq.
Media və ictimaiyyətin rəylərinə olan münasibətimizin isə hər zamankı kimi konstruktiv əməkdaşlığa söykənəcəyinə hər kəsi əmin etmək istəyirik.
Möhtərəm Prezidentimizin bu sahədə qarşımıza qoyduğu mühüm tapşırıqların yerinə yetirilməsi və dövri hesabatın uğurlu təqdimatı ücün çalışan mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrinə göstərdikləri komanda ruhuna və şəxsi töhfələrinə görə təşəkkür edirəm!
BMT nin Cenevrədəki ofisi yanında Azərbaycan nümayəndəliyinə hərtərəfli dəstək və yardımına görə isə ayrıca minnətdaram.”
\ voicepress.az\