Tanınmış naşir Eldar Əzizovu tənqid etdi: “Difahi”dən kitab yazır, amma kitab yarmarkasına qadağa qoyur”ur”

18 İyun, 00:28

“Absurd  dövrdə yaşayırıq. Eldar Əzizov Bakı şəhər icra başçısı, “Difahi”dən kitab yazır amma kitab yarmarkasının keçirilməsinə qadağa qoyur.”

Voicepress.az xəbər verir ki, bunu “Qanun nəşriyyatı”nın rəhbəri Şahbaz Xuduoğlu Facebook səhifəsindəki paylaşımında yazıb. O, Bakı şəhər icra başçısı Eldar Əziziovun kitab yarmarkasının keçirilməsinə qarşı çıxdığını yazıb:

“Ramiz Mehdiyev də belə edirdi, demokratiyadan, dövlətçilikdən qalaq-qalaq kitablar yazırdı əvəzində özünə və ətrafına lüks həyat, eləcə də 5-ci kolon yaradırdı. İndi nə əməllərini, nə də əmlakını və var-dövlətini hesablamaqla bitirmək olmur.

İki ay məktuba cavab vermədilər sonra dedilər “Abadlıq xidmətinə” deyin, “Abadlıq” dedi bizim etirazımız yoxdur. Bəhanə kəsiləndə adamların bir yerə yığılmasını istəmirik dedilər.

Bir şəhərin meri necə və niyə kitaba qadağa qoymalıdır?

Tiflisdə Rustaveli küçəsi boya-boy sənətkarların, kitabçıların üzünə açıqdır.  Heç icazə də istənilmir.

Bütün böyük şəhərlərdə əl işləri və kitab sərgilərinə  küçə və parklarda şərait yaradırlar. Eldar müəllim isə özünü intelektual sayır, “hamı Hararini oxumalıdır”,  deyir, amma kitaba qadağa qoyur.

Sabir heykəlinin yanında olmaz, Fontanlarda olmaz, Bulvarda olmaz ; bu qədər dövlət vəsaitləri hesabına parklar salınır, bulvar tikilir ki, orda kitab olmasın?  Bəs bu yetim Azərbaycan  kitabına harda sərgi keçirək?

Bizim kitaba böyük hörmətimiz var deyirlər. Hörmətiniz budurmu?

P.s.

İl boyu  belə etirazlarla, olmazlarla qanımızı it qanına döndərirlər qoy bir həftəsonu da Eldar müəllimin qanı qaralsın”.

\voicepress.az\