Ukraynadan yayılan xəbər dünya gündəminə bomba kimi düşdü.
Voicepress.az xəbər verir ki, əsir düşən rus əsgərinin etirafları dünya mediasında gündəm olub. Rus əsgəri Andrey Uşakov rus əsgərlərinin döyüşməmək üçün bir-birilərini yaraladığını, bəzilərinin isə intihar etdiyini iddia edib. İngiltərənin „Metro qəzetində yer alan xəbərə görə, bir-birilərini yaralayan əsgərlər müalicə üçün Rusiyaya qayıtmaq istəyir. 20 yaşlı Uşakov cəbhə xəttində onları vuraraq öldürən iki əsgəri tanıdığını söyləyib: “Getmək üçün yeganə yol budur. Bəzi insanlar buna dözə bilməyib özlərinə atəş açıblar.
Qeyd edək ki, son həftələrdə Ukrayna Təhlükəsizlik Xidməti Ukraynadakı rus əsgərlərinin evə qayıtmaq üçün ayaqlarından atəş açdığını açıqlamışdı. Əldə edilən telefon danışıqları ilə bağlı iddiasını əsas götürən Ukrayna Təhlükəsizlik Xidməti iki ordunun fərqli güllələrdən istifadə etdiyini və bu səbəbdən rus əsgərlərinin Ukrayna silah-sursatını ələ keçirməyə çalışdığını vurğulayıb. Sözügedən telefon danışığında bir rus əsgəri anasına bölməsinin istifadə etdiyi Rusiya AK-74-lərindəki 5,62 millimetrlik güllə əvəzinə Ukrayna ordusundan 7,62 millimetrlik güllə tapmaq istədiyini bildirib. Sözügedən söhbətə görə, əsgər anasına, “Artıq bir çox rus əsgərləri bunu edib” deyə məlumat verib.
Rusiya ordusu cəbhədən qaçan və ya özünü xidmətə yararsız hala salan əsgərlərə ağır cəzalar tətbiq edir. Bu səbəbdən əsgərlərin Ukrayna hücumunda yaralandıqlarına komandirlərini inandırmaq üçün öz ayaqlarından 7,62 güllə ilə atəş açdıqları bildirilir.
Xatırladaq ki, Ukrayna Rusiyanın itkilərinin 25 mini keçdiyini açıqlamışdı. Rusiya isə son rəqəmləri açıqlamaqdan imtina edir. Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri heç vaxt yenilənməyib.
Günel Musa \voicepress.az\








