Radiasiya Alzheimer xəstəliyinin artmasına səbəb ola bilər

6 May, 11:18

ABŞ-da Alzheimer xəstəliyi ilə bağlı araşdırmaları ilə tanınan Prof. Dr. Martin L. Pall, mobil telefon və simsiz qoşulma Wi-Fi texnologiyasından radiasiyanın Alzheimer hallarının artmasına səbəb ola biləcəyini açıqlayıb.

Voicepress.az  xəbər verir ki, Vaşinqton Dövlət Universitetinin dosenti. Dr. Martin L. Pall “Current Alzheimer’s Research” jurnalındakı məqaləsində cib telefonları və simsiz texnologiya məhsulları ilə Alzheimer xəstəliyinin başlanğıcı arasında yeni bir əlaqə tapdığını açıqladı.

Pall, radiasiyaya məruz qalmanın beyində hüceyrədaxili kalsium səviyyəsinin artmasına səbəb ola biləcəyini və bunun Alzheimer xəstəliyini tətikləyə biləcəyini söylədi.

Radiasiyasının beyindəki kalsium səviyyəsini daha yüksəklərə daşıdığını qeyd edən Pall, bunun “çox erkən yaşlarda baş verəcək Alziheimer xəstəliyi kimi bir kabusa səbəb ola biləcəyini” söylədi.

“Elektron olaraq yaradılan elektromaqnit sahələri insan bədənində güclü elektrik və maqnit qüvvələri yaradır. Xüsusilə, bu simsiz rabitə siqnalları hüceyrədaxili kalsium səviyyələrini tənzimləyən gərginlikli kalsium kanallarını aktivləşdirir” deyə bildirib.

Tədqiqatçılar xəbərdarlıq edir ki, hər gün bir neçə saat davamlı olaraq mobil telefon və Wi-Fi şüalanmasına məruz qalan gənclər “rəqəmsal demensiya” problemi ilə üzləşə bilərlər.

Qeyd edək ki, “StudyFinds” tədqiqat təşkilatı da radiasiyaya məruz qalan işçilərin Alzheimer xəstəliyinə tutulma ehtimalının daha yüksək olduğu barədə məlumat paylaşıb.

\voicepress.az\