Yaxınlaşan yay fəslində cildimiz quru və isti havanın təsiri ilə nəmini itirməyə başlayır. İsti havalarda dərimizin təravətini itirməməsi üçün nə etməliyik
Voicepress.az dərinizi qorumaq üçün ən təsirli qulluq üsullarını təqdim edir.
Mövsümün şəraitinə uyğun olaraq dərinizi daha çox nəmləndirmək üçün nəmləndirici kreminizi gündə 2-3 dəfə çəkin və bol su için. Xüsuilə günəş şüalarının pik həddə olduğu zamanlarda şirəli, qazlı içkilərdən yox, saf sudan istifadəyə üstünlük verin.
Günəş kreminin əhəmiyyəti hər fəsildə vurğulansa da, yayda günəşdən qorunmaq üçün bir nömrəli həll şübhəsiz ki, günəşdən qoruyan kremlərdir. Dərinizi UVA və UVB kimi zərərli şüalardan qorumaq üçün mütəmadi olaraq günəş kremi çəkin.
İsti hava və günəş şüaları davamlı tərləmənizə səbəb olacaq və dərinin yağ təbəqəsi olan sebum gün ərzində dərinin səthinə qalxacaq. Dərinizdəki kirdən və yağdan xilas olmaq üçün gündəlik dəriyə qulluq rutininizi laqeyd yanaşmayın. Bu rutinin ən vacib addımı təmizlikdir. Dərinizi miselyar suları və ya təmizləyici gellərlə təmizləyin.
Yay mövsümündə normal vaxtlarda istifadə etdiyinizdən daha yüngül və minimal kosmetikadan istifadə edin. Suya davamlı tuş, nazik tonal krem və nəmli dodaq boyaları sizə çox dəbli və təravətli görünüş bəxş edəcək.
Qaralmanı nə qədər sevsəniz də, günəşin zərərli təsiri zamanla dəri baryerinin zədələnməsinə və qocalma əlamətlərinin yaranmasına səbəb olur. O zaman dərinizi süni yol ilə qaraltmaq mümkündür. Bunun üçün dərinin rəngini tündləşdirən spreylər və ya tozlardan sitifadə edə bilərsiniz. Bu zaman dəriniz günaş şüalarından zədələnmədən parlaq və dəbli görünəcək.