Rusiya ordusunun Ukraynaya hücumları zamanı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rus əsgəri ömürlük həbs cəzasına məhkum edilib.
Voicepress.az Rusiya medasına istinadən xəbər v erir ki, fevralın 28-də Ukraynanın Sumi şəhərində ukraynalı mülki vətəndaşı qətlə yetirən 21 yaşlı rus əsgəri Vadim Şişimarin haqqında qərar verilib. Beləki, 62 yaşlı ukraynalı Aleksandr Şelipovu öldürməkdə təqsirli bilinən əsgər ömürlük həbs cəzasına məhkum edilib.
Rus əsgərin dövlət tərəfindən təyin olunmuş vəkili Şişimarinin onunla heç vaxt əlaqə saxlamadığını desə də, Kremlin sözçüsü Peskov Kremlin bu işdən xəbəri olmadığını bildirib.
Şişimarin məhkəmədə təqsirini etiraf edərək, “Günahımı inkar etmirəm. İlk əmri Makeev adlı leytenant verib. Əvvəlcə onun əmrini yerinə yetirməkdən imtina etdim. Ancaq o bu dəfə mənə daha yüksək səslə və hədələyəci tonda əmr verdi. Vəziyyət gərgin idi. Ukraynalı Aleksandr Şelipov dayanmadan qışqırırdı. Leytenantın əmrinə əməl etdim. Bu hadisədən sonra sağ qalmaq istədim. Döyüşmək istəmirdim, ona görə də təslim olmaq qərarına gəldim.”
\voicepress.az\