Dünyanın 15 ölkəsində aşkarlanan”meymun çiçəyi” xəstəliyi yayılarkən, İngiltərədəki səhiyyə rəsmiləri yoluxmaların sayında artım gözlənildiyini açıqlayıb.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə yaxın təmasda olanlara 21 gün təcrid edilmələri tövsiyə edilib. Xəstəliyin cinsi əlaqə zamanı vasitəsilə yayıla biləcəyi bildirilir. Digər tərəfdən, Belçika xəstəliyin yayılmasının qarşısını almaq üçün üç həftəlik karantin tətbiq edən ilk ölkə oldu.İlk dəfə İngiltərədə aşkarlanan və qeyri-adi sürətlə yayılan “meymun çiçəyi”, ABŞ da daxil olmaqla, 15 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Təsdiqləmə işləri artdıqca yoluxmaların sayının artacağını gözləyirik” deyib.
Dünyada təxminən 80 yoluxma qeydə alınsa da, xəstəliyin ilk dəfə yayıldığı İngiltərədə səhiyyə rəsmiləri, hadisələrin sayında artım gözlənildiyini açıqlayıb.
Britaniya Cinsi Sağlamlıq və HİV Assosiasiyasının prezidenti Claire Dewsnap, qarşıdakı həftələrdə “həqiqətən əhəmiyyətli rəqəmlər” görəcəyini gözlədiyini deyib. Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) baş həkim müşaviri Susan Hopkins həftə sonu qeydə alınan yoluxmaların sayının bu gün açıqlanacağını bildirib və onların sayının artması ilə bağlı narahatlığını dilə gətirib.
Belçika isə xəstəliyin yayılmasının qarşısını almaq üçün üç həftəlik karantin tətbiq edən ilk ölkə oldu. Qərara görə, “meymun çiçəyi” virusuna yoluxmuş şəxslər 21 günlük məcburi izolyasiyaya məruz qalacaqlar.
Xatırladaqa ki, “Meymun çiçəyi” virusu asanlıqla yayılmır və yoluxmuş şəxslərdə qızdırma, dəridə səpkilər və blisterlər kimi müalicə tələb etməyən yüngül simptomlara səbəb olur. Bununla belə, virus immun sistemi zəif olan insanlarda, hamilə qadınlarda və azyaşlı uşaqlarda daha ciddi xəstəliklərə səbəb ola bilər. İngiltərədə qeydə alınan yluxanlardan birinin reanimasiyada müalicə olunduğu iddia edilir.
\voicepress.az\








