Müharibədə qalib gələn lif – Neylon corabların yaranmasın ın maraqlı tarixi -Fotolar

23 May, 13:41

Neylon corablar nə vaxt və kim tərəfindən icad edilib? Necə populyarlaşıb? Neylondan əvvəl qadınlar nə geyinirdilər?

Voicepress.az qadınların qarderobunda imtina edilməz yer tutan neylon corabların yaranmasının maraqlı tarixçəsini təqdim edir.

Neylon corablar kəşf olunmamışdan əvvəl corablar əsasən ipək, pambıq kimi məşhur parçalardan hazırlanırdı. Lakin ipəkdən hazırlanan corablardan istifadə bir sıra problemlərə səbəb olurdu. İpək çox zərif material olduğu üçün ilməsi tez qaçırdı. İkinci və bəlkə də ən mühüm problem Yaponiyanın ipək ixracında monopoliyaya malik olması idi.

1930-cu illərin sonunda Yaponiya Amerikanın ipək tədarükünün təxminən 90%-ni təmin edirdi. O dövrdə ABŞ dünyanın ən böyük ipək istehlakçısı idi və idxalının təxminən dörddə üçü corab istehsalı üçün istifadə olunurdu. Yaponiya və ABŞ arasında gərginlik artınca ABŞ ipəyə alternativ axtarmağa başladı.

Neylon 1930-cu illərin ortalarında amerikalı kimyaçı və ixtiraçı UollesKarozers tərəfindən icad edilir. Karozers ilk dəfəaraşdıma azadlığı vədi ilə Dupont tərəfindən işə götürülü və diqqətini polimerlərə yönəltməyi seçir.

Böyük böhran zamanı Amerikanın maliyyə perspektivləri pisləşdikcə, Dupont Karozersə verdiyi araşdırma azadlığı vədindən imtina edir və onu 1934-cü ildən yeni liflər üzərində işləməyə sövq edir. Ona yeni,  istilik və təmizləyici məhsullarla təmasa davamlı elastik material istehsal etmək tapşırılmışdı. Təxminən bir il ərzində neylonun primitiv forması hazırlandı.

Neylon corablar ilk dəfə 1939-cu ildə Nyu York Dünya Sərgisində Amerika ictimaiyyətinə təqdim edilmiş və böyük maraqla qarşılanmışdır. 1939-cu ilin oktyabrında neylon corablar ilk dəfə Delaver ştatının Wilmington şəhərindəki bir sıra mağazalarda satışa çıxarıldı və 4000 cütün hamısı bir neçə saat ərzində satıldı.

Bu ilk yerli bazar testindən sonra (15 may 1940-cı il) neylon corablar Amerikada satışa çıxarıldı. Həmin gün amerikalılar 800.000 cüt corab aldılar. Dörd gün ərzində satışların ümumi sayı 4 milyona çatıb.

Neylon corabların uğuru mübahisəsiz idi. Onlar hər formaya uyğun, rahat, dəbli, dözümlü və ən əsası   Amerika istehsalı idi.  Neylon corablar çoxları üçün Amerikanın elmi üstünlüyünü təmsil edirdi və  bu inqialbi tapıntı amerikalılara Yapon mallarını boykot etmək yolu açılmışdı. Neylon corablar ABŞ mağazalarının ştapelinə çevrilməyə hazırlaşdığı bir zamanda İkinci Dünya müharibəsi başladı.

 

1941-ci ilin dekabrında Yaponiyanın Pearl Harbora hücumundan sonra Amerika İkinci Dünya Müharibəsinə qoşuldu. Ölkə müharibə iqtisadiyyatına doğru irəlilədikcə müharibə üçün lazım olan bütün material və mallar paylanmışdı. Bu materiallar arasında neylon corablar da var idi.

İkinci Dünya Müharibəsi zamanı neylondan corab kimi istifadə edilmirdi. Onlardan  Sakit Okean Cəbhəsində  paraşüt, ayaqqabı bağı və  həmçinin ağcaqanad torları istehsalında istifadə edilirdi. Amerikalılar neylon corabları ancaq qara bazarda əldə edə bilirdilər.

Neylon corablar İkinci Dünya Müharibəsində Amerika üçün mühüm resurs olduğunu sübut etdi. Bəziləri neylonu “müharibədə qalib gələn lif” adlandırdı.

Neylon corablar İkinci Dünya Müharibəsi illərində bazardan çıxarılsa da, amerikalı qadınların yadından çıxmadı. Müharibə bitdikdən sonra neylon corablar yenidən mağazalarda satışa çıxarıldı. Tələbat o qədər çox idi ki, “neylon iğtişaşları” deyilən hadisələrə səbəb olmuşdu.

Ən çox axtarılan material yenidən ölkə daxilində mağazalarda satışa çıxarılanda qarışıqlıq yarandı. 10 minə yaxın amerikalının neylon corab almaq ümidi ilə San-Fransiskoda bir mağazanın qarşısında növbəyə durduğu və bəzilərinin huşunu itirdiyi barədə məlumatlar var idi.

Nəhayət, neylon corabların tədarükü tələbi ödəyə bildi, çünki DuPont istehsal prosesini modernləşdirdi. 1950-ci illərdə külotlu çoraplar bazarı ələ keçirənə qədər neylon corablar populyar olaraq qaldı.

Sonrakı illərdə neylon mağazaların corab koridorlarından kənara yayıldı. İdman raketlərinin simlərindən diş fırçalarına, çamadanlardan xalçalara qədər bir çox müxtəlif məhsullarda istifadə olunub və indi də istifadə olunur.

Neylon kommersiya uğuru əldə edən ilk sintetik lif idi və yeni “texnogen materiallar dövrün” nü başlatmışdı.

Günel Musa\voicepress.az\

İstifadə olunan mənbələr: Historiyesterday,historyhit