İlham Əliyevin bu sözləri Ermənistan XİN başçısını hiddətləndirib…

1 May, 08:46

İlham Əliyevin Göyçə və İrəvan ərazilərinin Azərbaycan torpaqları olması ilə bağlı səsləndirdiyi fikri Ermənistan rəsmilərinin hiddətinə səbəb olub.

Belə ki, Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyevin sərhədlərin delimitasiyası üçün 1918 ci ildən 1991 ci il Sovet rejminin dağıldığı zamana qədər olan xəritələr əsasında müəyyənləşəcəyini söyləməsi ilə bağlı fikirə münasibət  bildirib.

Voicepress.az-ın Ermənistan nəşrinə istinadən verdiyi xəbərə görə, Ermənitsna XİN başçısı Ararat Mirzoyanı hiddətləndirən məsələ Cənab Prezident İlham Əliyevin Göyçə və İrəvan ərazilərinin Azərbaycan torpaqları olması ilə bağlı fikiri olub.

“Biz xəritələrin öyrənilməsinə qarşı deyilik” , deyən Mirozyan xəritələrin sadəcə XX əsrlə məhdudlaşdırılmasının düzgün olmadığını bildirib:

“Niyə özünüzü 20-ci əsrlə məhdudlaşdırırsınız? Siz eramızdan əvvəl 6-cı əsrdə Babildə yaradılmış və ya eramızdan əvvəl 5-ci əsrdə Herodot tərəfindən yaradılmış və ya eramızdan əvvəl I əsrdə Strabon tərəfindən yaradılmış və ya eramızdan sonra 2-ci əsrdə Klavdi Ptolemey tərəfindən yaradılmış xəritələrdən başlaya bilərsiniz. Böyük Plininin eyni dövrdə yaratdığı xəritələrdən, sonra isə bir çox başqa Latın, Bizans, Ərəb və digər coğrafi təsvirlər və sonrakı dövrlərin xəritələri ilə davam edir. Ermənistanın bu xəritələrdə özünü tapmamaq kimi qorxusu yoxdur”.

Daha sonra Mirzoyan qeyd edib ki,  delimitasiya və sərhəd təhlükəsizliyi üzrə gələcək komissiyanın səmərəli fəaliyyətində maraqlı olan Ermənistan Respublikası iş prosesinin birmənalı olaraq,  hər iki tərəfin qəbul etdiyi və hüquqi qüvvəyə malik xəritələr əsasında aparılması lazımdır.

 

 

Ü.Fərmanqızı/Voicepress.az