“Avroviziya-2022”-nin birinci yarımfinalına keçən ölkələr bəlli oldu

11 May, 09:07

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Voicepress.az  xəbər verir ki, birinci yarımfinal mərhələsində 17 ölkənin – Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistanın təmsilçiləri çıxış edib.

Səsvermə mərhələsində 17 ölkədən ən çox səs toplamış 10 ölkə- İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda – 12 mayda çıxış edəcək.

\voicepress.az\