“Biz vasitəçiyik və Ermənistanla Azərbaycan arasında aparılan danışıqların məzmununu araşdırmırıq.”
Voicepress.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin deyib. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın statusu haqqında verdiyi bəyanta münasibət bildirən Andre Viktorin, “Bu məzmun, əlbəttə ki, münaqişə tərəfləri arasındadır, lakin müəyyən qədər kompromis də olmalıdır. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın apreldə verdiyi bəyanatı yüksək qiymətləndiririk” deyə əlavə edib.
Xatırladaq ki, Paşinyan aprelin 13-də parlamentdə bəyan etmişdi ki, beynəlxalq ictimaiyyət Ermənistandan Qarabağın statusu məsələsində “plankanı aşağı endirməyə” çağırır.
\voicepress.az\