Zelenski sui-qəsdən necə xilas oldu? – Ukrayna liderinin müsahibəsi gündəmə damğa vurdu

29 Aprel, 12:28

Rusiya- Ukraynaya müharibəsinin ilk günlərində Zelenskinin öldürüləcəyi ilə bağlı iddialar gündəmə bomba kimi düşmüşdü. Ukrayna liderinin “The Times” jurnalında yayımlanan müsahibəsində bu məsələ ilə bağlı verdiyi açıqlamaları gündəm olub.

Voicepress.az İngiltərənin “The Times” qəzetinə istinadən xəbər verir ki, müharibənin ilk günlərində sui-qəsd qrupları Zelenskini öldürməyə cəhd ediblər. İki sui-qəsdin Rusiya hökumətinə yaxın olduğu deyilən muzdlulardan ibarət “Vaqner Qrupu” tərəfindən təşkil edildiyi bildirilib. Həmin günlərdə rusların 400 nəfərlik komandasının Kiyevə daxil olaraq Zelenski və ailəsini öldürmək üçün təyinat alıb.

“Time” jurnalına müsahibəsində Zelenski qeyd edib ki, özü və ailəsi içəridə olarkən rus qoşunları Prezident iqamətgahına iki dəfə hücum edib. Ukrayna lideri Rusiya qüvvələrinin işğalın ilk saatlarında onu ələ keçirib necə öldürmək istəmələrindən danışıb: “Fevralın 24-də şəhəri bombalamağa başladıqdan sonra mən Olena ilə birlikdə  17 yaşlı qızımı və 9 yaşlı oğlumu oyadıb evi tərk etmək üçün hazrılaşmalarını söylədim. Onlar bizi öldürmək üçün Kiyevə paraşütlərlə enmişdilər.

Həmin an Zelenski müharibədəki rolunu həqiqətən dərk etdiyini bu sözlərlə ifadə edib: “Onların səni izlədiklərini anlayırsan. Çünki sən simvolsan. Dövlət başçısı kimi davranmalısan”.

Zelenskinin baş qərargah rəisi Andrey Yermak həmin anların dəhşətini belə təsvir edib: “O gecədən əvvəl biz belə şeyləri ancaq filmlərdə görürdük”.

\voicepress.az\