Dünyanın ən yaşlı insanı öldü

25 Aprel, 13:39

Dünyanın ən yaşlı insanı sayılan yapon qadın Tanaka Keyn 119 yaşında vəfat edib.

Voicepress.az xəbər verir ki, 2019-cu ilin mart ayında Ginnesin Rekordlar Kitabı tərəfindən “dünyanın ən yaşlı insanı” seçilən Tanaka Keyn vəfat edib.

2022-ci ilin yanvarında 119 yaşı tamam olan Tanakanın tapmacaları həll etdiyi, şokolad və qazlı içkilər qəbul etdiyi bildirilir. 1903-cü il yanvarın 2-də 9 bacının 7-cisi olan, 19 yaşında ailə quran Tanakanın əri və oğlu 1937-ci ildə İkinci Çin-Yapon müharibəsində cəbhəyə yollanıblar.

Tanaka 4 imperator dövrünü görüb.

Xatırladaq ki, Tanakadan əvvəl dünyanın ən yaşlı insanı 2018-ci ilin iyulunda 117 yaşında vəfat edən yapon qadın Çiyo Miyako idi. Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən uzun ömür yaşayan insanı 997-ci ildə 122 yaşında vəfat edən fransız qadın Jeanne Louise Calmentdir.

\voicepress.az\