“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi COVİD-19 -dan qorunmanın və yoluxma yolları haqqında insanların məlumatlandırılmasına yönələn növbəti təbliğat işlərini Saatlı rayonunda həyata keçirib.
Voicepress.az xəbər verir ki, “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 2022-ci ilin fevral ayının birindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə COVİD 19 pandemiyasına qarşı planlaşdırılmış Saatlı, Sabirabad və İmişli rayonlarında “Ucqar rayonlarda COVİD-19 əleyhinə peyvənd olunmanın təbliği” layihəsini uğurla icra edir.
Layihə çərçivəsində aprel ayının sekkizi 2022-ci ildə Saatlı rayonunda ticarət mərkəzlərinin qarşısında, insanların daha çox toplaşdığı parklarda insanlar arasında və eləcədə gənclər arasında COVİD-19 əleyhinə vaksin olunmanın təbliği ilə bağlı maarifləndirmə yönümlü məlumat materialları paylanılıb, plakatlar asılıb, COVİD-19 -dan qorunmanın və yoluxma yolları haqqında insanların daha artıq bilgilərə malik olmalarına nail olmaq üçün geniş təbliğat işləri aparılıb.









