Müğənni və aktyor Mahsun Kırmızıgül və həyat yoldaşı Ece Binay boşandı.
Voicepress.az Miliyyət-ə istinadən xəbər verir ki, Beykoz Ədliyyəsində evliliklərini sonlandıran cütlüyün boşanma səbəbi Mahsun Kırmızıgülün bir müddət əvvəl gənc bir xanımla mediaya yansıyan səmimi görüntüləridir.
Sözügedən görüntülərdən sonra Ece Binay sosial şəbəkədəki profilindən Kırmızıgül soyadını silib.
Hüquqi prosesi başladan və boşanma ərizəsi verən Ece Binay yaxın ətrafına “Evliliyi çox diqqətli yaşamaq lazımdır. Bu kimi hadisələrə yol verilməməlidir. Hətta bu xəbərlərin yayılması da artıq boşanma səbəbidir. Ona görə də boşanıram” deyə açıqlama verib.
Məhkəmə sonrası Mahsun Kırmızıgül “Evliliyimizi xilas etmək üçün əlimdən gələni etdim, amma olmadı” deyib.








