Küləkli hava nə vaxta kimi davam edəcək?

13 Aprel, 09:24

Aprelin 13-ü saat 8:00-a olan məlumata əsasən, respublikanın rayonlarında küləyin sürəti tədricən zəifləyib. Küləyin sürəti Bakıda 26, Çilov adasında 19, Neft Daşlarında 15 metr/saniyə təşkil edib. Neft Daşları Stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.6 metrdir.

Voicepress.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, gecə və səhər saatlarında Quba, Qusar, Xaltanda hava yağıntılı olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan Muxtar Respublikasında 6-12, dağlıq rayonlarında 4 dərəcəyədək, aran rayonlarında isə 7-10 dərəcə isti olub. Bu gün axşama doğru Bakıda və Abşeron yarımadasında da küləyin sürətinin zəifləyəcəyi gözlənilir.