Fransa aləmə insan haqlarından bəhs edir, öz ölkəsində unudulmuş bir özəllikdən başqa bir şey olmadığını görürük. Fransanın rəsmiləri Suriya köçkünlərinə qucaq açan Türkiyənin Avropa Birliyinə üzvlüyünə etiraz etsələr də, Fransa özü Avropa Birliyinə üzv dövlət olaraq, insan haqlarının birmənalı olaraq, pozulduğu ölkələrdən biridir.
Yəni demək olar ki, Fransa insan hüquqları preambulasında yer alır. Amma 1960-ci ildən Avropa İnsan Hüquqları Konvensiyası 1960-2000- ci ildən Avropa Birliyinin Əsas Hüquqları Xartiyası icazəsiz miqrantların deportasiyasını tənqid edib.

Buna baxmayaraq, 2010-cu ildə Fransa hökuməti xüsusi ilə Roman qaraçılarının məcburi deportasiyası proqramını başlatdı. Bu deportasiyalar hətta bir çox insan hüquqları və beynəlxalq siyasi təşkilatlar tərəfindən ciddi şəkildə tənqid olunmuşdu. Bununla bağlı Avropa Şurası, qovulmaları qınamış və “insan ləyaqətinə zidd” adlandırırdı. Fransanı tərk etməyi qəbul edənlər, Fransaya geri dönməyə çalışmayacaqlarını bildirən bir bəyannamə imzalamaq şərti ilə bir yetkin insan üçün 300 avro və uşaq başına 100 avro ala bilirdi. Əslində Fransa Hökuməti 2011-ci ildə 30.000 Romanı deportasiya etmək niyyətindəydi.
Ölkəni tərk etməyən Roman qaçqınlar isə bu gün Fransanın paytaxt şəhəri Parisdə, çadırlarda yaşamaq məcburiyyətindədirlər.

Bildiyimiz kimi Fransa iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyinə” daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Amma buna rəğmən bu gün Parisin mərkəzində Əfqanistanı, Suriyanı, hətta Somalini xatırladacaq qaçqın və köçkünlərin həyat şəraitlərini görmək mümkündür.
Sərbəst səyahət, vizasız ölkədə qalmaq imkanlarının olması ilə əlaqədar ölkəyə gələn Roman qaçqınları bu gün kartondan, istənilən bir plastik və taxta vəsaitlərdən düzəldilmiş sözün əsil mənasında komalara sığınırlar. Fransanın paytaxtı Parisin tən ortasında köhnə dəmiryolu vağzalında bugün sözün əsil mənasında bir qaçqın düşərgəsi var, deyə bilərik.

Nəzərinizə çatdıraq ki, bu günlərdə Fransada keçirilən prezident seçkilərində nə Emanuel Makronun, nə də Marin Le Penin seçki platformasında Avropada turizmin beşiyi sayılan şəhərlərdən biri kimi tanınan Parisin mərkəzindəki qaçqın düşərgəsinin aqibəti ilə bağlı heç bir vəd və ya planın nəzərdə tutulmadığını da müşahidə etdik.
Buna rəğmən cari ilin 6 Aprel tarixində Marin Le Pen çıxışlarının birində Qarabağda yaşayan ermənilərin hüquqlarının pozulmasından danışaraq, Azərbayacana çağırışlar edirdi. Yəni Parisin mərkəzindəki qaçqın düşərgələrini, Fransada Roman qaçqınlarının tapdanan hüquqlarını görməyən Marin Le Pen də, bir sıra beynəlxalq təşkilatlar kimi Azərbaycanı qınayaraq, nə qədər gülünc ikili standartlara xidmət edən mövqe sərgilədiklədiklərinin fərqində deyillər…

Prof.Dok.Osman Vançin Paris \Voicepress.az\







