Bu gün Fransada prezident seçkilərinin ikinci mərhələsi baş tutdu. Seçki məntəqələri yerli vaxtla səhər saat 08.00-da açılıb.
Seçki məntəqələri böyük şəhərlərdə saat 20.00, digər yaşayış məntəqələrində isə saat 19.00-da bağlanacağı bildirilir.
Məlum olduğu kimi beş il əvvəl olduğu kimi yenə prezident seçkilərinin ikinci turunda hazırkı Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen mübarizə aparır.
Qeyd edək ki, hər iki namizəd prezident seçkilərinin ilk mərhələsində müvafiq olaraq 27,85% və 23,15% səs toplayıb.
Artıq Fransada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı ilk “exit-poll” nəticələri açıqlanıb.
Voicepress.az-ın Paris bürosunun verdiyi xəbərə görə, mövcud vəziyyəti dəyərləndirərsək, Emmanuel Makronun seçkidə rəqibini üzərində qələbə qazanacağını söyləmək olar.
Məlumata əsasən Makron səslərin 58 faizini, rəqibi Marin Le Pen isə 42%-ni toplaya bilib.
Qeyd edilib ki, Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək üçün Fransanın Birinci ledisi ilə bərabər nəzərdə tutulan məkana yürüyüş keçirib.
Seçkiləri uduzan Marin Le Pen isə öz növbəsində hələ mübarizənin bitmədiyini söyləyərək, hər zaman iktidarın başının üzərində nəzarət edəcəyini vurğulayıb.
Amma seçki nəticələri Fransada birmənalı qarşılanmayıb. Belə ki, Fransada prezident seçkilərinin nəticələrinin elan edilməsindən sonra böyük hissəsi gənclərdən ibarət olan qruplar etiraz aksiyasına başlayıb.
Parisin mərkəzində keçirilən aksiyada polis etirazçıları dağıtmağa çalışıb. Hətta xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Xatırladaq ki, Aprelin 24-də Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərin ilkin nəticələrinə əsasən, Fransanın hazırki dövlət başçısı Emmanuel Makron yenidən Fransa Prezidenti seçilib.
Prof.Dok. Osman Vançin/Paris/VOİCEPRESS